Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

5 may Xalçaçı günüdür

Bu gün Naxçıvan Dövlət Xalça muzeyində 5 may "Xalçaçı günü" münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə muzeyin direktoru Z.Gülməmmədova açdı.O öz çıxışında qeyd etdi ki , Ümumilli lider Heydər Əliyev deyirdi" Təbiət və cəmiyyət hadisələri,dini fəlsəfi təsəvvürlər,mədəniyyət və s.ilə elə qırılmaz sürətdə bağlı olan Xalçaçılıq bizi əcdadlarımızın mənəvi aləmi,dünya görüşü ideologiyası ilə tanış edir".Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyət tarixində özünəməxsus yer tutur.Muxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin,çadırların ,alaçıqların habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində,döşəməsində istifadə dilir,eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçaçlar və xalça məmulatları Sankt-Peterburqdakı Ermitaj,Londonda Viktoriya və Albert,Vaşinqtonda Tekstil,Parisdə Luvr,İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini bəzəyir.Azərbaycan xalçalarının ta qədimdən başlayan şöhrəti bu gün dövlətimiz tərəfindən daha çox dəstəklənir."Azərbaycan Xalça Sənətinin qorunması və inkişaf etdirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2005-ci il tarixli fərmanının böyük əhəmiyyəti var.Azərbaycan xalçaları 2010-cu ildə YUNESKO-nun Qeyri Madii Mədəni İrs siyahısına daxil edilmişdir.5 may Xalçaçı gününün təsiss edilməsi bütün xalçaçılara bayram tövhəsidir.Bütün xalçaçıları bu bayram münasibətilə təbrik edirik.

Sonra Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri,Memarlıq üzrə fəlsəfə doktoru,dossent Gülnarə Qəmbərova "Naxçıvan Xalçaçılığı haqqında" məruzə ilə çıxış etdi.Muzeyin baş fond mühafizi N.Bağırova "Azərbaycan Xalçaçılığının tarixi "adlı məruzə ilə çıxış etdi.Tədbirdə Naxçıvan Texniki Kollecinin tələbələri,Naxçıvan Biznes Mərkəzi nəzdində xalçaçılıq emalatxanasının xalçaçıları və muzey əməkdaşları iştirak etdilər.Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış oldular.