Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

Gənclər günü ilə bağlı açıq dərs

01 fevral 2017-ci il tarixində Naxçıvan Dövlət Xalça muzeyində Naxçıvan şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Gənclər gününə "həsr edilmiş açıq dərs keçirildi.Dərsi giriş sözü ilə muzeyin direktoru Z.Gülməmmədova açdı.O öz çıxışında bu günün mahiyyəti haqqında məlumat verdi.Sonra isə muzeyin bələdçisi S.Babayeva "Gənclərin vətənpərvərlik işində rolu" mövzusunda çıxış etdi.Məruzəçi çıxışında 1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Gənclərin birinci Forumunun keçirildiyi gün- fevralın 2-si Azərbaycanda Gənclər günü elan edilmişdir.Hər bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır.Bu mənada gəncliyin inkişafı ,dünya birliyinə inteqrasiyası Azərbaycan dövlətinin siyasətini priotret istiqamətini təşkil edir.Dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ümumilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini,gənclərin ölkənin sosial-iqtisadi,ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır.Ayrı-ayrı dövlət təşkilatlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdır.Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunmaslı onun mənsub olduğu xalqın rifahının,ölkənin çiçəklənməsinin rəhnidir.Bu gün iftixarla demək olar ki,müasir Azərbaycan gəncliyi,milli-mənəvi dəyərlərimizi,doğma ana dilimizi,adət-anənələrimizi qoruyub yaşadır.O, daim  müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür,öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış oldular.