Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

HEYDƏR ƏLİYEV MUZEYLƏRİN QURUCUSUDUR

Naxçıvan şəhər Təhsil Şöbəsi ilə birgə hazırlanmış qrafikə uyğun olaraq 13 dekabr 2018-ci il tarixində Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan şəhər 3 saylı tam orta məktəbinin sagirdlərinin iştirakı ilə açıq dərs keçirildi. Açıq dərs “Heydər Əliyev muzeylərin qurucusudur” mövzusuna həsr olunmuşdur. Dərsi giriş sözü ilə muzeyin direktoru  Ü.Məmmədova açdı. Sonra muzeyin baş elmi işçisi Məmməd Xavər “Heydər Əliyev muzeylərin qurucusudur” mövzusunda hazırladığı mühazirə mətni ilə çıxış etdi. Milli - mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan dahi şəxsiyyət Heydər Əliyev demişdir: ” Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Sonra muzeyin bələdçisi S.Vəliyeva şagirdləri muzey ekspozisiyası ilə tanış etdi.