Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

Yeni tədris ilinin ilk açıq dərsi

Naxçıvan şəhər Təhsil Şöbəsi ilə birgə hazırlanmış qrafikə uyğun olaraq 9 oktyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan şəhər 1 saylı tam orta məktəbinin sagirdlərinin iştirakı ilə açıq dərs keçirildi. Açıq dərs “Naxçıvan Xalçaçılığı”na həsr olunmuşdur. Dərsi giriş sözü ilə muzeyin direktoru  Z.Gülməmmədova açdı.Şagirdləri yeni dərs ilinə başlama münasibəti ilə təbrik etdi və dərslərində uğurlar arzuladı. Sonra muzeyin baş elmi işçisi Məmməd Xavər Naxçıvan Xalçaçılığı mövzusunda hazırladığı mühazirə mətni ilə çıxış etdi. Azərbaycan incəsənətinin ən qədim və geniş yayılmış növlərindən biri olan xalçaçılıq kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün xüsusi ornamentləri ilə fərqlənir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, cadırların, alaçıqların divar bəzəklərində döşənməsində istifadə edilirdi.Sonra muzeyin bələdçisi S.Novruzova şagirdləri muzey ekspozisiyası ilə tanış etdi.